Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pislədi - BƏYANNAMƏ
Bizi izləyin

Dünya

Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pislədi - BƏYANNAMƏ

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən bəyannaməni imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "N1" nəşri yazıb.

Məqalədə Vuçiçin Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak etdiyi bildirilir.

Sammitdə Ukrayna lideri Vladimir Zelenski də iştirak edib. Orada Balkan bölgəsinin başqa başçıları da olub.

Qəzetin məlumatına görə, sammitin yekununda Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən yekun bəyannamə imzalanıb. Sənəd həmçinin Kiyevin Avropa İttifaqına inteqrasiya və NATO-ya üzvlük siyasətini dəstəkləyir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm