Rusiya yeni dünya nizamını müzakirə etməyə hazırdır - Putin
Bizi izləyin

Dünya

Rusiya yeni dünya nizamını müzakirə etməyə hazırdır - Putin

Rusiya prezidenti Vladimir Putin yeni dünya nizamını müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, onun bu fikirləri TASS-da yayımlanıb.

“Rusiya yaranmaqda olan çoxqütblü dünyada qarşılıqlı fəaliyyət parametrləri ilə bağlı mümkün olan ən geniş beynəlxalq müzakirənin tərəfdarıdır və bütün dostlarımızla yeni dünya düzəninin qurulması məsələlərini müzakirə etməyə hazırdır”, - deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, oktyabrın 22-24-də Kazanda BRICS və "Outreach/BRICS Plus" sammiti bu cür qarşılıqlı fəaliyyətin müzakirəsi ruhundadır.

Putin əlavə edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində belə bir dünya düzəninin yaradılması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Rusiyanın dost olmayan ölkələrlə yeni çoxqütblü dünya nizamını müzakirə etməyə hazır olub-olmaması isə hələ müəyyənləşməyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm