Könlü balıq istəyənin qarmağı suda gərək: Ölkənin əsas balığının imici dəyişdirilir
Bizi izləyin

MDB

Könlü balıq istəyənin qarmağı suda gərək: Ölkənin əsas balığının imici dəyişdirilir

Rusiya balıq istehsalçıları ölkənin əsas balığı olan pollokun imicini keyfiyyətcə dəyişmək istəyirlər və bununla da Rusiya Federasiyasında onun istehlak həcmini iki dəfə artırmaq niyyətindədirlər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu planlar barədə Pollok Balıqçılar Assosiasiyasının (ADM) rəhbəri Aleksey Buqlak danışıb.

O xatırladıb ki, pollok 35 faizdən çox payla daxili bazarda ən populyar balıq olmağa davam edir.

"Rusların bu balığa olan ehtiyacları hazırda tam ödənilir. Bununla belə, gələcəkdə Rusiya Federasiyasında pollokun payını artırmaq lazımdır", - Buqlak bildirib.

Analitik xatırladıb ki, 2023-cü ildə ADM ölkədə balıq məhsullarını təşviq etmək üçün ilk proqrama start verib. O, "Uzaq Şərq Pollok" adlanırdı. "Məqsədimiz pollokun imicini dəyişdirərək ölkədə istehlakını iki dəfə artırmaqdır", - deyə sənaye assosiasiyasının rəhbəri fikrini bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm