Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
Bizi izləyin

İdman

Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

Publika.az xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.

Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu. (Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm