İran prezidentindən İsrailə xəbərdarlıq: Dayandırın!
Bizi izləyin

Dünya

İran prezidentindən İsrailə xəbərdarlıq: Dayandırın!

İran prezidenti Məsud Pezeşkian İsraili Yaxın Şərqdə hərbi əməliyyatları dayandırmağa çağırıb və İsrail tərəfinin “bütün mümkün beynəlxalq razılaşmaları” pozduğunu vurğulayıb.

Publika.az xəbər verir ki, bu barədə o, “Moskva.Kremlin.Putin” verilişində deyib.

“İsrailə demək istərdim - dayanın, günahsız insanları öldürməyi dayandırın, yaşayış binalarını, onsuz da heç nəyi olmayan insanları bombalamağı dayandırın! İsrail bütün mümkün və mümkün olmayan beynəlxalq müqavilələri pozub. O, ABŞ və Avropa İttifaqının onun arxasında dayandığını bildiyi üçün belə hərəkət edir”, - İran prezidenti rusiyalı jurnalist Pavel Zarubinin vasitəsiylə ismarışını verib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm