Braziliyada qasırğa 7 nəfərin həyatına son qoydu
Bizi izləyin

Dünya

Braziliyada qasırğa 7 nəfərin həyatına son qoydu

Braziliyanın San-Paulu ştatında qasırğa nəticəsində 7 nəfər həlak olub, 1,4 milyon sakin elektrik təchizatı kəsilib.

Publika.az xəbər verir ki, bu barədə yerli mülki müdafiə xidməti və “Enel” elektrik təchizatı şirkətinin birgə məlumatında deyilir. Abonentlərin elektrik təchizatının oktyabrın 14-də bərpa olunacağı barədə məlumat verilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, San-Paulu 1995-ci ildən sonra ən ciddi qasırğa ilə üzləşib. Küləyin sürəti saniyədə 30 metrə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm