Dünya
KXDR bu ölkəyə gedən yolları PARTLADACAQ
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti Cənubi Koreyaya gedən yolları sıradan çıxarmağı planlaşdıra bilər.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
"Koreya Xalq Ordusunun (KXO) oktyabrın 9-da verdiyi açıqlamadan sonra, onun ordusu Gyeongisong və Donqhae xətləri boyunca yolda partlayış törətdiyi güman edilən fəaliyyətlərlə məşğul olub", - hesabatda deyilir.
Birləşmiş Qərargah Rəislərinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Li Sung-joong deyib ki, bu gün yolda partlayışlar baş verə bilər.
Oktyabrın 9-da Koreya Xalq Ordusunun Baş Qərargahının yaydığı bəyanatda bildirilib ki, Şimali Koreya ordusu Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq və KXDR sərhədini qalaya çevirəcək.
Sənəddə qeyd edilib ki, Şimali Koreya ABŞ və Cənubi Koreya arasında çoxsaylı hərbi təlimlər və yarımadanın cənubunda Amerikanın strateji aktivlərinin meydana çıxması ilə belə addımlar atmağa məcbur edilir. Odur ki, oktyabrın 9-dan KXO KXDR-i Cənubi Koreya ilə birləşdirən avtomobil və dəmir yollarının tamamilə qırılmasına və “müdafiə strukturlarının qalaya çevrilməsinə” yönəlmiş tikinti işləri aparacaq.
Şimali Koreya ordusu qeyd edib ki, Cənubi Koreyaya bitişik sərhədin “daimi olaraq bağlanması və möhürlənməsi” qərarının özünümüdafiə, müharibənin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirdir.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi