Kiyevdə gecə klublarına basqın: kişiləri zorla orduya apardılar
Bizi izləyin

Dünya

Kiyevdə gecə klublarına basqın: kişiləri zorla orduya apardılar

Ukraynada ordu rəsmiləri küçə-küçə fərariləri toplayır.

Publika.az xəbər verir ki, Rusiya ilə müharibənin 3-cü ilinə yaxınlaşdığı bir vaxtda Ukraynadakı cəbhədəki ən böyük problem əsgər sayının qeyri-kafi olmasıdır. Ona görə də ölkədə səfərbərlik yüksək səviyyəyə qaldırılıb. Təsadüfi reydlər keçirərək, kişilər orduya cəlb olunur.

Həftə sonu bir çox şəhərlərdə, xüsusən də Kiyevdə restoranlara, bazarlara və ticarət mərkəzlərinə basqın edilərək hərbi xidmətdən azad olunma şəhadətnaməsi olmayanlar müəyyən edilib. Kiyevdəki gecə klubuna gedən gənclər də basqının hədəfi olub. Onların bir çoxu müqavimət göstərməyə çalışsalar da, zorla orduya aparılıblar.

Ukraynanın səfərbərlik qanunlarına əsasən, 25-60 yaş arası bütün ukraynalı kişilər hərbi xidmətə çağırıla bilər. Bundan əlavə, 18-60 yaş arası kişilərin ölkədən çıxmasına icazə verilmir. Lakin müharibə uzandıqca və qələbəyə ümid azaldıqca cəbhədə hərbi böhran yaşanır. Ukrayna prezidenti Vladimir Zelenski indiyədək cəbhədə 31 mindən çox ukraynalı əsgərin həyatını itirdiyini açıqlayıb. Bu rəqəmin Rusiya ordusu üçün iki dəfə çox olduğu iddia edilir.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm