Vilnüs hava limanına "əjdaha dişləri” quraşdırılacaq
Bizi izləyin

Dünya

Vilnüs hava limanına "əjdaha dişləri” quraşdırılacaq

Vilnüs hava limanında tank əleyhinə “əjdaha dişləri” quraşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Litvanın ELTA agentliyi məlumat yayıb.

Məlumata görə, onların Kaunas və Palanqa hava limanlarında da quraşdırılması planlaşdırılır.

Agentlik qeyd edir ki, ümumilikdə Rusiya və Belarusla sərhəddə tank əleyhinə kirpilər, əjdaha dişləri, yol blokları, tikanlı məftillər, kabellər və tirlər kimi 27 əks-hərəkətlilik texnikası parkının yerləşdirilməsi planlaşdırılır.

İlin sonuna qədər Litva ordusu 4 milyon avro dəyərində tank əleyhinə maneələr alacaq, daha sonra 2,5 milyon avroya əlavə “əjdaha dişləri” alınacaq.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm