Odessa limanına hücum: ölən var
Bizi izləyin

Dünya

Odessa limanına hücum: ölən var

“Oktyabrın 14-də Rusiya qoşunları yenidən ballistik raketlərlə Odessanın liman infrastrukturuna hücum edib. Bir həlak olan, səkkiz yaralı var”.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirin ərazi bərpası üzrə müavini Aleksey Kuleba “Telegram” kanalında yazıb.

“Rusiya Federasiyası tərəfindən liman infrastrukturuna növbəti hücum: bir nəfər həlak olub, iki mülki gəmi zədələnib. Oktyabrın 14-də Rusiya Odessa limanını növbəti dəfə atəşə tutub. Hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir”, - deyə Kuleba bildirib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm