Tramp bu sualdan yayındı
Bizi izləyin

Dünya

Tramp bu sualdan yayındı

“Yalnız axmaq insanlar qocaları yüksək səviyyəli federal vəzifələrə təyin edirlər”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd, 78 yaşlı Donald Tramp “Bloomberg News”a müsahibəsində deyib.

Müsahibədə onun özünün də namizədlik irəli sürdüyü xatırladılıb. Lakin o, bu şərhə məhəl qoymayıb və öz yaşı ilə bağlı sualdan yayınıb.

Tramp Ağ Evdə daha dörd il müddətinə namizədliyini irəli sürür və hazırda ABŞ tarixində prezidentliyə ən yaşlı namizəddir. Noyabrın 5-də seçilərsə, onun 2029-cu ildə səlahiyyət müddətini başa vuranda 82 yaşı olacaq.

Digər tərəfdən Trampın açıqlamaları sosial mediada bir çox istifadəçinin reaksiyasına səbəb olub.

Daha əvvəl Nyu York Ali Məhkəməsi üçün idrak qiymətləndirmələri aparmış klinik psixoloq Ben Mişels “The Independent” qəzetinə açıqlamasında Trampı şəxsən müayinə etmədiyi üçün rəsmi diaqnoz qoya bilmədiyini deyib. Lakin o, Trampın Demokratlar partiyasından namizəd Kamala Harrislə olan debatını izlədiyini vurğulayıb.

"Tramp idrak baxımından həqiqətən güclü yerdə deyil", - deyə psixoloq bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm