Dünya
İki dildə danışmağın inanılmaz faydası: görün beyinə necə təsir edir
Kanada və İspaniyada aparılan araşdırmalar iki dildə danışmağın beyin bölgələri arasında əlaqəni artırdığını üzə çıxarıb. Tədqiqata qatılan ikidilli fərdlərin beyin əlaqələrinin təkdilli fərdlərə nisbətən daha güclü olduğu müəyyən edilib.
Publika.az xəbər verir ki, araşdırma Kanadanın "McGill" və "Ottava", İspaniyanın "Saraqosa" universitetləri tərəfindən aparılıb.
Alimlər fransız, ingilis və ya hər iki dildə danışan 151 iştirakçı ilə görüşüb və onların ikinci dili öyrəndikləri yaşlarını qeyd ediblər. İştirakçılar bütün beyin əlaqələri öyrənilmək üçün MRT olunublar. İkidilli iştirakçıların beyin bölgələri arasında təkdilli iştirakçılara nisbətən daha yüksək əlaqə olduğu və bu əlaqənin ikinci dillərini gənc yaşda öyrənənlərdə daha güclü olduğu məlum olub.
Keçmiş tədqiqatlar göstərir ki, ikinci dili öyrənmək diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra bərpaya müsbət təsir göstərə bilər.
Aysel Şahmar
-
MDB19:10
Rusiya heç bir halda buna icazə verməyəcək - Putin
-
Ekologiya18:11
Külək, leysan, qar... - FAKTİKİ HAVA
-
Region17:33
Pezeşkianın Moskvaya səfəri gözlənilir: Tərəfdaşlıq sazişi imzalanacaq
-
Sosial16:53
Palata AMEA ilə bağlı prokurorluğa müraciət etdi
-
Sosial15:37
Nazir Salyana rəis təyin etdi
-
Sosial14:41
Bu şəxslər 8 ilədək azadlıqdan məhrum ediləcək
-
İdman14:14
Dünya bu qadından danışır: Qısa zamanda belə bədənə necə nail olub? - FOTOLAR
-
Sosial14:00
“Aztelekom”un rəhbəri dəyişdi