Qarabağ
Gürcüstan azərbaycanlıları Şuşa ilə yaxından tanış olublar - VİDEO
Gürcüstan azərbaycanlıların işğaldan azad olunan Şuşa, Xankəndi və Ağdama səfərinə start verilib.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edən qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin turizm şöbəsinin əməkdaşı Tavat Quliyeva qonaqlara şəhərdəki abidələr, tarixi yerlər barədə məlumat verib.
Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasının da diqqətdə saxlanıldığı bildirilib.
Səyahətçilər, həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar. Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Qeyd edək ki, qonaqların növbəti gün Xankəndi və Ağdama səfəri nəzərdə tutulub.
Sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altıgünlük nəzərdə tutulub.
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO






































.jpg)

