Universitet tələbəsindən qan donduran açıqlama: Təcavüz, təhdid, şantaj...
Bizi izləyin

Dünya

Universitet tələbəsindən qan donduran açıqlama: Təcavüz, təhdid, şantaj...

Türkiyədə universitet tələbəsinin sosial şəbəkədə paylaşdığı video trend mövzusuna çevrilib. Huşunu itirdikdən sonra cinsi istismar edildiyini açıqlayan gənc qız təhdid və şantajlara məruz qaldığını iddia edib.

Publika.az xəbər verir ki, “Ordu” universitetində təhsil alan F.K. sosial şəbəkədə paylaşdığı video ilə əlaqədar səlahiyyətlilərdən kömək istəyib.

O, cinsi təcavüzə, şantaj və təhdidlərə məruz qaldığını, dələduzluq ittihamı ilə üzləşdiyini bildirib.

İstismar edildiyini və həmin anların videoya çəkildiyini deyən gənc qız bu videolarla təhdid edildiyini qeyd edib.

F.K. ailəsinə zərər veriləcəyi təhlükəsi ilə bir il susmağa məcbur edildiyini və şəxsi məlumatları ilə dələduzluq törədildiyini vurğulayıb.

“Heç bir cinayətə görə həbs olunmaq istəmirəm. Mənə kömək edin", - deyə o, müraciətinə əlavə edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm