Sosial
Boşandığı arvadının evinin zirzəmisinə, sonra...
Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqaret çəkən şəxsə cəza verilib.
Publika.az xəbər verir ki, 1986-cı ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuş M.N. adlı şəxs boşandığı həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı Ağstafa rayonunun Həsənsu kəndindəki evinə gedib. Məqsədi ailəsini bərpa etmək və uşağını görmək olub.
Səhər saat 05:00-də o, boşandığı həyat yoldaşı E.M.-nin yaşadığı evə gedib, qapını döyməyə başlayıb. Lakin E.M. həyətə quraşdırdığı kameradan onu gördüyü üçün qapını açmayıb. Sonra M.N. boşandığı həyat yoldaşının razılığı olmadan evin həyətinə, oradan isə kiçik nəfəslikdən evin altındakı zirzəmiyə daxil olub. Günorta saat 11-12 radələrinədək zirzəmidə qalıb, orada siqaret çəkib. E.M. onun zirzəmidə olduğundan xəbər tutaraq, polisə şikayət edib.
Məhkəmənin qərarı ilə M.N. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib və 350 saat ictimai işlər cəzasına məhkum edilib. ("Qaynarinfo")
-
İdman21:00
Xanımı “Qarabağ”ın futbolçusuna sürpriz etdi - VİDEO
-
Magazin220:12
Məşhur müğənninin dəhşətli ölümü hər kəsi ŞOKA SALDI - Model nişanlısı ilə...
-
Ekologiya19:24
Bəzi yerlərdə intensiv yağış yağdı - FAKTİKİ HAVA
-
Sosial18:36
Boşandığı arvadının evinin zirzəmisinə, sonra...
-
Sosial18:00
Sığorta şirkətlərinin ikili oyunu: Görün nələr edirlər
-
Sosial17:28
Sumqayıt-Bakı avtobuslarından istifadə edənlərə xoş xəbər
-
Səhiyyə16:30
Yeni kəşf: Xərçəng hüceyrələrini öldürən bakteriyalar tapıldı
-
Sosial15:55
Məşhur generallar Tağı Əhmədovun vida mərasimində görüntüləndi - FOTO