Bərzanidən PKK açıqlaması: Hökumət olaraq bunun qarşısını alırıq
Bizi izləyin

Dünya

Bərzanidən PKK açıqlaması: Hökumət olaraq bunun qarşısını alırıq

İraq Kürd Regional Rəhbərliyinin (KRB) baş naziri Məsrur Bərzani Türkiyənin onlara qarşı deyil, terror təşkilatı PKK-ya qarşı mübarizə apardığını bildirib.

Publika.az xəbər verir ki, Bərzani Ərbildə yerləşən "K24" televiziya kanalına verdiyi açıqlamada Türkiyənin İraqda terror təşkilatı PKK-ya qarşı apardığı əməliyyatlara toxunub.

O bildirib ki, Türkiyə onlara qarşı deyil, PKK-ya qarşı mübarizə aparır:

“Bu müharibənin səbəbi PKK-nın varlığıdır. Terror təşkilatı PKK KRG hökumətini tanımır. Peşmərgə PKK-nın daha da irəliləməməsi üçün xətt yaradıb. PKK özünü o yerlərin hakimi kimi görür, xalqımızdan xərac alır, problem yaradır, gənclərimizi qaçırır. Bu, birtərəfli problem deyil, çox dərin məsələdir. Hökumət olaraq bunun qarşısını alırıq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm