Region
Pezeşkian həmin görüşləri səbirsizliklə gözləyir - Kazana hansı liderlər gedəcək?
İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Rusiya lideri Vladimir Putin və Çin prezidenti Si Cinpinlə ikitərəfli danışıqlar aparmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Pezeşkian BRICS sammitində də çıxış edəcək.
BRICS sammiti oktyabrın 22-dən 24-dək Tatarıstan Respublikasının paytaxtında keçiriləcək.
Oktyabrda Rusiya və İran prezidentləri artıq görüşüblər - Aşqabadda Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında danışıqlar olub. Liderlər arasında ünsiyyət həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də üzbəüz baş tutub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Kazanda keçiriləcək BRICS sammitinə dəvət olunub.
Qeyd edək ki, Azərbaycan BRICS-ə qoşulmaq üçün avqustun ortalarında rəsmi müraciət edib.
BRICS 2006-cı ildə yaradılan hökumətlərarası təşkilatdır və tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Hüseyn İbadlı
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq
-
Yaxın Şərq11:42
Üç ssenari: Suriyanın taleyi necə olacaq?
-
Avropa11:18
Almaniyada əhaliyə müraciət edildi: Hücum gözlənilir, ərzaq ehtiyatı tutun
-
Sosial10:51
Hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir - İnqilabi QƏRAR
-
Qoroskop09:48
2025-in ən bəxtsiz bürcləri: Biri boşanacaq, digəri pulsuz qalacaq, o biri...
-
Dünya09:24
Moskva Suriya müxalifəti ilə masaya oturdu: görün nə tələb etdilər
-
Səhiyyə09:00
Bağırsaq sağlamlığı üçün ƏN FAYDALI QİDALAR - Arıqlamağa da kömək edir
-
Səhiyyə08:45
Saxta estetik həkim qalmaqalı böyüyür: “Böyük pullar, maxinasiyalar...”