Ekologiya
Yağış, qar, şaxta... - FAKTİKİ HAVA
Oktyabrın 20-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 20-i saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri–sabit yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb.
Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
Qar örtüyünün hündürlüyü: Qrızda 17 sm, Xınalıqda 13 sm, Qusar (Laza) 6 sm, Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 27 mm, Qusar (Laza) 23 mm, Şəki, Oğuzda 22 mm, Astarada 21 mm, İsmayıllıda 18 mm, Şamaxıda 17 mm, Xaçmazda 16 mm, Qubada 16 mm, Lerikdə 14 mm, Xınalıqda 12 mm, Qaxda (Sarıbaş) 11 mm, Yevlax, Xaltan, Goranboyda 10 mm, Naftalan, Mingəçevir, Qırız, Göyçay, Şabran, Qəbələdə 9 mm, Qobustanda 8 mm, Cəfərxan, Yardımlı, Biləsuvar, Bərdə, Tərtərdə 7 mm, Zərdab, Daşkəsəndə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Şahdağ, 5 mm, Neftçala, Sabirabadda 3 mm, Kürdəmir, Gəncədə 2 mm, İmişli, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Zaqatalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 22 mm, Binədə 19 mm, Bakıda 11 mm -dək olub.
Qusar, Qrız, Qax (Sarıbaş), Şamaxı, Göyçay, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 12, dağlıq rayonlarda 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ



































.jpg)



