BƏƏ Prezidentinin qara "Aurus"u Moskva küçələrində - VİDEO
Bizi izləyin

MDB

BƏƏ Prezidentinin qara "Aurus"u Moskva küçələrində - VİDEO

BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, BƏƏ rəhbərinin qara rəngli "Aurus" avtomobili kortejin müşayiəti ilə Moskva küçələri ilə hərəkət edib.

Planlara görə, bu gün Rusiya Prezidenti Vladimir Putin Əl Nəhyanı Novo-Oqarevoda qeyri-rəsmi şəraitdə şam yeməyi üçün qəbul edəcək. Bazar ertəsi isə rəsmi danışıqlar baş tutacaq, orada Rusiya-Əmirlik əməkdaşlığının hərtərəfli inkişafı perspektivləri müzakirə olunacaq.

Tərəflərin həmçinin beynəlxalq məsələləri, o cümlədən Yaxın Şərq və Şimali Afrikadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Əl Nahyan və Vladimir Putin daha sonra oktyabrın 22-24-də keçiriləcək BRICS sammiti üçün Kazana gedəcəklər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm