“Mançester Siti” yeni rekorda İMZA ATDI
Bizi izləyin

İdman

“Mançester Siti” yeni rekorda İMZA ATDI

"Mançester Siti" İngiltərə Premyer Liqasında (APL) ardıcıl 31-ci matçında məğlubiyyətsiz qalaraq klub rekorduna imza atıb.

Publika.az xəbər verir ki, "Mançester Siti" bu nailiyyəti "Vulverhempton"la oyunda əldə edib. Görüş 2:1 hesabı ilə başa çatıb.

Qaliblər arasında Coşko Qvardiol və Con Stounz dəqiq zərbələr vurublar. "Vulverhempton"un heyətində Jorgen Strand Larsen fərqlənib. "Mançester Siti" qələbə qolunu ikinci hissənin əsas vaxtında vurub.

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 20 xalla birinci yerdədir. "Liverpul" 18 xalla ikinci yerdədir, lakin mersisaydlıların London "Çelsi"si ilə qarşılaşması var. London “Arsenal”ı 17 xalla üçüncü yerdədir.

İngiltərə çempionatının növbəti turunun matçında "Mançester Siti" "Sauthempton" la qarşılaşacaq, görüş oktyabrın 26-da baş tutacaq.

"Vulverhempton" səfərdə "Brayton"la qarşılaşacaq. Oyun oktyabrın 26-da baş tutacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm