"Mən Avropanı götürəcəyəm": Yeltsinin 25 il əvvəl Klintona dedikləri ÜZƏ ÇIXDI
Bizi izləyin

Dünya

"Mən Avropanı götürəcəyəm": Yeltsinin 25 il əvvəl Klintona dedikləri ÜZƏ ÇIXDI

1999-cu ildə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin ABŞ-ın keçmiş prezidenti Bill Klintonla söhbətində Amerika liderindən Avropadakı təhlükəsizlik məsələlərini Rusiyanın öhdəsinə buraxmağı xahiş edib.

Publika.az “Der Spiegel”ə istinadən xəbər verir ki, bu barədə Potsdam Universitetinin tarixçisi Bastian Matteo Skianna yazır.

1990-cı ildən Almaniyanın Rusiyaya qarşı siyasətinə dair yeni kitabında tarixçi prezidentlər arasında söhbətin 1999-cu ildə baş verdiyini qeyd edib.

Nəşr kitabda göstərilən söhbətin təfərrüatlarını sitat gətirir.

“Bir xahişim var. Sadəcə, Avropanı Rusiyaya verin”, - deyə Yeltsin regionun təhlükəsizliyinin təmin edilməsinə işarə edib.

Rusiyanın keçmiş prezidenti deyib ki, Birləşmiş Ştatlar “bütün başqa dövlətlərə sahib ola bilər və onların təhlükəsizliyinin qayğısına qala bilər: "Amma avropalılar Avropanın qayğısına qalmalıdırlar və Moskva Avropadadır. Bill, mən ciddiyəm".

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm