FETÖ daxilində savaş başladı - Terror təşkilatının başına kim gələcək?
Bizi izləyin

Dünya

FETÖ daxilində savaş başladı - Terror təşkilatının başına kim gələcək?

Xəbər verdiyimiz kimi, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən dünyasını dəyişib. Onun aparıldığı xəstəxanada öldüyü bildirilir.

Publika.az xəbər verir ki, Türkiyənin “Hürriyət” qəzetinin Ankara nümayəndəsi Hande Fırat “CNN TÜRK”ün canlı yayımında Gülənin ölüm xəbərinin Ankaraya çatdığını təsdiqləyib.

Onun sözlərinə görə, son vaxtlar Gülənin səhhətində ciddi problemlər yaranıb:

“Böyrək çatışmazlığı və şəkər xəstəliyindən əlavə, ağlını da itirmişdi. Onunla bağlı ilk dəfə təşkilat daxilində münaqişəni gündəmə gətirmişdik. Avropa və Amerika komandaları arasında pul münaqişəsi səbəbiylə, Gülənin Pensilvaniyadan çıxarılmasından sonra səhhətinin pisləşdiyi məlumdur”.

Bundan sonra nə baş verəcək?

“Avropa və ABŞ da daxil olmaqla təşkilat bu gücün başçısı olmaq üçün öz aralarında ciddi mübarizə aparır. Bu mübarizənin hara aparacağını, təşkilatın nə qədər parçalanacağını görəcəyik”, - deyə Fırat qeyd edib.

O, bu hadisədən bir müddət əvvəl köşə yazısında təşkilatın daxilində yaranan böyük münaqişələrin təhlilini aparıb:

“Təşkilat bir neçə hissəyə bölünüb. Bunun əsas səbəbi maliyyə və Qərbdə təyinatları kimin idarə edəcəyi ilə bağlıdır. Onların maliyyə imkanları böyükdür. Təkcə ABŞ-da çarter məktəblərindən illik 200-250 milyon dollar vəsait axını var. Həmçinin mülkləri, dükanları, yəni daşınmaz əmlakları mövcuddur. Türkiyədən pul axını yoxdur. Türkiyədən yeni işçi götürə bilmirlər”.

Fətullah Gülənin qaçırılma iddiası

“Gülənin 1999-cu ildən bəri qaldığı Pensilvaniya ştatının Saylorsburq qəsəbəsindəki "Chestnut Retreat Center" adlı malikanəsindən öz razılığı olmadan çıxarılaraq başqa bir ünvana aparıldığı iddiası təşkilat daxilində bəzi adlar tərəfindən sosial mediada paylaşılmışdı.

15 iyul dövlət çevrilişinə cəhdin əsas aktorlarından olan Mustafa Özcanın ölməsi ehtimalı ilə bağlı təşkilatın maliyyə qaynaqlarına nəzarət etmək üçün Gülənin naməlum yerə qapanıldığı iddia edilib”, - deyə Hande Fırat əlavə edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm