Bu ölkə lideri Putinlə görüşə idman ayaqqabısı ilə gəldi - FOTO
Bizi izləyin

MDB

Bu ölkə lideri Putinlə görüşə idman ayaqqabısı ilə gəldi - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya lideri Vladimir Putinlə qeyri-rəsmi görüşə idman ayaqqabısı ilə gəlib.

Publika.az xəbər verir ki, iki dövlət başçısının qeyri-rəsmi şam yeməyi Rusiya liderinin Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahında baş tutub.

Əl Nəhyan görüşə idman ayaqqabısı ilə gəlib. Putin iş kostyumu geyinib və qara ayaqqabı seçib.

Qeyd edək ki, oktyabrın 20 - də Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Moskvaya rəsmi səfərə gəlib.

Oktyabrın 18-də Kremlin mətbuat xidməti bildirib ki, Rusiya Federasiyası və BƏƏ prezidentləri arasında keçirilən danışıqlarda Rusiya-BƏƏ əməkdaşlığının inkişaf perspektivləri, həmçinin beynəlxalq gündəmdə olan məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Şimali Afrika müzakirə olunacaq.

BƏƏ lideri oktyabrın 22-dən 24 -dək Kazanda keçiriləcək BRİKS sammitinin tədbirlərində də iştirak edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm