Doğma klubuna qayıtdı və 35 dəqiqəyə penta-trik etdi - FOTOFAKT
Bizi izləyin

İdman

Doğma klubuna qayıtdı və 35 dəqiqəyə penta-trik etdi - FOTOFAKT

“Roma”, “Napoli” və Yunanıstan millisinin sabiq müdafiəçisi Kostas Manolas karyerasına başladığı “Panaxiakos” klubuna keçib və ilk oyununda 5 qol vurub.

Publika.az xəbər verir ki, 33 yaşlı Manolas hücumçu mövqeyində oynayıb və regional liqanın "Marpissaikos" ilə matçının ilk yarısının 34 dəqiqəsində 5 dəfə fərqlənməyi bacarıb. Manolas 35-ci dəqiqədə əvəzlənib və komandası 12:1 hesablı qələbə qazanıb.

Manolas “Roma”nın heyətində 200-dən çox, millidə isə 42 oyun keçirib.

Qeyd edək ki, bu ilin yayında yunan futbolçu peşəkar karyerasını başa vurduğunu elan etmişdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm