CHP sədri “kürdlərə dövlət verək” dedi, ortalıq qarışdı - Yeni müraciət yaydı
Bizi izləyin

Dünya

CHP sədri “kürdlərə dövlət verək” dedi, ortalıq qarışdı - Yeni müraciət yaydı

Partiyasının qrup toplantısında kürdlərə dövlət verəcəyini ehtiva edən açıqlaması ilə gündəmə gələn Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl çıxışına aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Cənub-Şərq turuna başlayan Özgür Özəl ilk mətbuat konfransını Diyarbəkirdə keçirib.

Kürd problemi ilə bağlı mesajlar verən Özəl həll ünvanı olaraq bir daha Türkiyə Böyük Millət Məclisinə işarə edib.

“Kürdlərə dövlət söz verdiyimi söylədim. Lakin bu nöqtəyə qədər cümlənin bir hissəsindən belə özünə pay çıxaran mənfi düşüncəlilər var. Kürdlərə heç bir ayrı-seçkilik olmadan özlərini Türkiyə Cümhuriyyətinin tamhüquqlu üzvü və sahibi kimi, 86 milyon insan kimi iliklərinə qədər vətəndaşlıq hiss etmələri üçün Türkiyəyə bizimlə birlikdə sahib çıxmalarını təklif edirəm”, - deyə Özəl açıqlamasında bildirib.

O, son olaraq qeyd edib ki, Türkiyədə hər bir vətəndaşın istədiyi dildə danışmaq və siyasətlə məşğul olmaq hüququna hörmətlə yanaşılacaq:

“Terror problemi ilə kürd problemi birlikdə həll edilmədikcə, ikisi bir-birini yaratmağa davam edəcək. Kürdlərin problemlərinə məhəl qoymayanların Ərdoğanın problemlərini həll etmək üçün addımlar atması fikrini düzəltmək lazımdır”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm