Adnan Oktarın 2 milyardlıq sərvətinin aqibəti
Bizi izləyin

Dünya

Adnan Oktarın 2 milyardlıq sərvətinin aqibəti

Türkiyədə cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər əməllərinə görə həbs olunan, "Harun Yəhya" ləqəbli Adnan Oktarın varidatı müsadirə edilib.

Publika.az xəbər verir ki, Türkiyə hökuməti 8 658 il həbs cəzasına məhkum edilmiş Adnan Oktarın dövlət xəzinəsinə keçən sərvətinin dəyərinin 2 milyard lirə (təxminən 99 milyon 200 min manat) olduğunu açıqlayıb.

Məlumata görə, İstanbulun Beşiktaş, Üsküdar, Sarıyer, Kartal, Tuzla rayonlarında yerləşən 16 ev və lüks avtomobillər də daxil olmaqla 61 maşın xəzinəyə köçürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm