Dünya
Narinin qətlində pul təklifi iddiası: “Ona deyin ki, cinayəti üzərinə götürsün”
Diyarbəkirdə itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqında yeni təfərrüatlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Narini çuvalda (böyük kisə) aparıb basdırdığını etiraf edərək həbs olunan Nevzat Bəxtiyarın qardaşı V.Bəxtiyar "A Haber"ə danışıb.
"Bu prosesdə hər şey ayın 17-də üzə çıxacaq. Biz dövlətimizə və ədalətimizə güvənirik. Bunu kim edibsə, cəzasını alsın, heç kim heç kimi müdafiə etməsin. Mən qardaşımı müdafiə etmirəmsə, heç kim heç kəsi müdafiə etməməlidir.
Əllərində sübut varsa, mənim qardaşımı günahlandıra bilərlər, amma bunu pulları ilə edəcəklər? Bu baş verə bilməz. Biz vəkil tutmamışıq. Bunu qardaşım cinayəti etiraf etdiyi üçün etmədik. Etiraf etdi, amma qardaşım deyir ki, onu mən öldürməmişəm, öldürən onlardır. Biz heç kimi tanımırıq”, - deyə o bildirib.
“Nevzat Bəxtiyar cinayəti üzərinə götürsün dedilər”
“Əli Rıza Güran qonşu kəndlərdən biri ilə söhbət edib. Əli Rıza Güran Səlim Güranın böyük əmisidir. Qonşu kənddə bir nəfərlə danışıb. Qardaşıma bu cinayəti öz üzərinə götürdüyü təqdirdə ona torpaq və pul vədi veriblər. Bizə belə şeylər lazım deyil. 1 kənd qalsın, 70 kənd versə də qəbul etmirik", deyə əlavə edib.
Roza
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 13 Mart 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial13 Mart 17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya13 Mart 16:52İlbər Ortaylı vəfat etdi











.jpg)




















