Magazin1
"O həyasız da elə bilir deməyə sözüm yoxdur" - Video
"Yazırlar, bu nə saçdır, geyimdir? Niyə bahalı geyinmirsən? İstəmirəm, geyinmirəm. Mənim üçün əski parçasıdır, ayaqqabının altı yerə dəyir. Ən bahalı mən özüm olmalıyam. Nəyə lazımdır geyim brend, bahalı olsun? Tamaşaçını elə öyərşdiriblər ki, müğənni brend geyinməlidir. Elnarə ilə 17 mahnı təqdim edir. Xəbərləri yoxdur. Soruşsan kim hansı toyda hansı paltarı geyinib, onu yaxşı bilirlər".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Musicologiya" yutub layihəsində deyib. Sənətçi geyimlərini, saçlarını tənqid edənlərə cavab verib. O bildirib ki, ağ saçlarını boyamağı düşünmür:
"Saçımdakı ağları uzadıram. İstəyirəm təbii ağ saçlarım olsun. Sosial şəbəkədə yazırlar saçınıza dib boyası qoyun. Hamıya başa sala bilmirəm ki, 46 yaşım var, saçım ağarır və mən özümü yaşıma uyğun görmək istəyirəm. Mən də bilirəm ki, dib boyası deyilən bir şey var. Tamaşaçını öyrəşdirmək gözəldir. Son bir neçə ayda yazırlar "Nəhayət gözümüz təbilik gördü". Uzun müddət bununla mübarizə apardım. Böyük qüvvə üstümə gəldi: bu nədir, nə geyimdir, nə saçdır".
E.Xəlilova verilişlərə getməməsinin səbəbini açıqlayıb:
"Efirə yaraşdırmıram özümü. Məcburam gedim, kiminləsə qırğına çıxım, aləm dəysin bir-birinə və səsimi alsın? Mənim kimi Xalq artistləri var ki, abırlarına bürünüb çəkiliblər kənara. Nəticədə efir nə günə qalıb. Həyasız da elə bilir bizim deməyə sözümüz yoxdur. Bu imkan onlara yaradılmamalıdır. televiziya rəhbəri aparıcıya və müğənnilərə o imkanı verməməlidir. Uşağımızın tərbiyəsini korlaya, mədəniyyət öyrədə də bilər". (Axşam.az)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)






.jpg)





.jpg)












.jpg)


