Ərdoğandan Putinə Əsəd cavabı: “Bunu Misirdə də gördük”
Bizi izləyin

Dünya

Ərdoğandan Putinə Əsəd cavabı: “Bunu Misirdə də gördük”

Ankara və Moskvanın Dəməşq rejimi ilə bağlı fikir ayrılıqları Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərində də özünü göstərdi.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Bəşər Əsəd mövzusunda maraqlı dialoq yaşanıb.

Rusiya dövlət başçısının “Əsəd Suriyadakı seçkilərdə yüksək səslə vəzifəyə gəldi. Seçkilərdə Əsədi dəstəkləyən ciddi bir kütlə var” sözlərinə Ərdoğanın cavabı gecikməyib: “Dünyada dövlət çevrilişi edənlər həmişə yüksək səslə vəzifəyə gəlirlər. Bunu Misirdə də gördük. Misirdə demokratik seçkilərdə Mursi 52 faiz səslə qalib gəldi. Dünyada antidemokratik üsullarla hakimiyyətə gələn adamın qanuniləşdirilməsi səyləri var. Suriyada keçirilən seçkilərdə bütün seqmentlərə iştirak şansı verilmədi”.

Rusiya prezidenti isə Ərdoğanın cavabından sonra Suriyadakı prezident seçkisində Əsədin qalib gəldiyini işarə edib: “Suriyada Əsədin iqtidarda qalması məsələsində iddialıyıqmı? Mən bu sualı Suriya xalqına vermək istəyirəm. Seçkilərin nəticəsində Əsədin çox böyük bir dəstəyə sahib olduğunu da gördük".

Ərdoğan Suriya məsələsində Türkiyə, Rusiya və İranın müştərək iş görməli olduğunu vurğulayaraq. O, “Əsəd gedərsə nə olar” sualının da çox səhv olduğunu dilə gətirib: “Suriya 300 mindən çox insanın öldüyü hazırkı vəziyyətə Əsədlə gəldi. Deməli, ortada bir müvəffəqiyyət yoxdur. İnsanlar mərhəmətsizcəsinə öldürülür. Əsəd gedərsə xalqın iradəsi gələr. Bunun üçün zəmin hazırlamaqdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm