İŞİD-də üsyan yetişir: “Yalnız tualet təmizləyir, qab-qacaq yuyuruq” - FOTO
Bizi izləyin

Dünya

İŞİD-də üsyan yetişir: “Yalnız tualet təmizləyir, qab-qacaq yuyuruq” - FOTO

İŞİD terror qruplaşmasına qatılan döyüşçülər artıq həyat şərtlərindən şikayətçi olmağa başlayıb.

Publika.az-ın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, İŞİD-in bəzi üzvləri ailələrinə yazdıqları məktublarda çətinliklərini dilə gətirirlər.

Qəzetin yazdığına görə, İraq və Suriyaya gedən cihadçılar geri dönmək üçün yalvarmağa başlayıb. İŞİD-ə qatılan xarici döyüşçülər tualet təmizləməkdən və qab-qacaqları yumaqdan şikayət edirlər. Soyuqdan şikayət edən cihadçılardan biri də “iPod”unun artıq işləmədiyini dilə gətirib.

Hindistandan olan 23 yaşındakı Arib Macid may ayında 3 yoldaşı ilə İŞİD-ə qatılmışdı. Ötən həftə evə dönən Macid ailəsinə cəbhədə döyüşmək əvəzinə əhəmiyyətsiz işlərdə istifadə edildiyini bildirib.

“Daily Mail” nəşrinin dərc etdiyi şəkillərdən birində isə İŞİD üzvlərinin bir gününün necə keçdiyi yazılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm