Dünya
Körfəzdə müdafiə rəqabəti: BƏƏ və Qətərin gözləri Türkiyə bazarında
Türkiyə müdafiə sənayesinin qabaqcıl addımları qlobal bazarlarda ciddi rəqabət yaradır. Körfəzin iki zəngin ölkəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər Türkiyə müdafiə şirkətlərinə ortaq olmağa can atır. Məqsəd ilk növbədə üstün texnologiyaya çatmaqdır.
Publika.az “HaberGlobal”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq kəşfiyyat nəşri “İntelligence Online” (IO) tərəfindən məlumat yayılıb.
Bildirilir ki, BƏƏ ilə Qətərin Türkiyənin müdafiə bazarına daxil olmaq üzrə fəaliyyətləri böyük bir “yarış”a çevrilib. Kəşfiyyat mənbələrinə görə, Qətər kibertəhlükəsizlik və proqram təminatı, BƏƏ isə ağıllı sursat və raketlərin marağındadır.
Prioritet təhlükəsizlik sistemləridir
Əldə edilən məlumata görə, Qətər Müdafiə Nazirliyinə bağlı olan və ölkənin ən böyük müdafiə şirkəti sayılan “Barzan” Holdinq Türkiyənin aparıcı müdafiə və kiber təhlükəsizlik şirkətlərindən biri olan “Pavo Group” ilə yaxından maraqlanır.
Kəşfiyyat mənbələrinə görə, Qətər bu ortaqlıq ilə müdafiə sənayesinin təcili ehtiyac duyduğu bir çox kiber təhlükəsizlik və nəzarət sistemlərinə çıxışı təmin etməyi hədəfləyir.
BƏƏ-nin gözü raketlərdə
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərində 25 müdafiə və texnologiya şirkətinin ortaqlığı ilə qurulan və ölkənin ən böyük müdafiə şirkəti olan “EDGE Group” Türkiyədə istehsal edilən idarə olunan və yüksək texnologiyalı raketlərlə də yaxından maraqlanır.
Hazırda dünyanın ən böyük idarə olunan raket istehsalçısı şirkətlərindən biri olan “EDGE”nin ən son məhsulu olan “Desert Sting” raketinin “Roketsan” tərəfindən istehsal edilən “MAM - mini” smart sursat raketlərinin uyğunlaşdırılması ilə hazırlandığı qeyd olunur.
Qətərə ixrac
İki ölkə arasındakı rəqabət qlobal müdafiə mətbuatında da öz əksini tapır. ABŞ-da yerləşən beynəlxalq müdafiə nəşri “Breaking Defense” Türkiyənin milli istehsalı olan silahlı pilotsuz dəniz gəmisi (SIDA) ULAQ-ın Qətərə ixracına icazə verən razılaşmanın ardından bütün dünyanın diqqətini çəkdiyi məlumatını paylaşıb.
Təhlil məqaləsində Rusiya-Ukrayna müharibəsi zamanı Qara dənizdə böyük effektivlik nümayiş etdirən pilotsuz dəniz vasitələrinin orduların radarına daxil olduğu qeyd edilib.
ULAQ göz qamaşdırır
Təhlildə həmçinin qeyd olunub ki, “mütərəqqi xüsusiyyətləri ilə diqqəti cəlb edir” ifadəsi ilə təqdim edilən ULAQ kəşfiyyat, müşahidə, kritik obyektlərin mühafizəsi, təcili yardım və axtarış-xilasetmə kimi bir çox missiyanı yerinə yetirə bilir.
Peyk rabitəsi də olan ULAQ-ın BƏƏ başda olmaqla, digər Körfəz ölkələrində böyük diqqət çəkdiyi deyilir. Türkiyə müdafiə sektoru son zamanlar dəniz müdafiə vasitələri və sistemləri ilə qlobal bazarlarda ön plana çıxır.
Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin son illərdə ən çox ixrac etdiyi dəniz müdafiə məhsulları olub.
Roza Şəfiyeva
-
Rəsmi xronika16:33
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi
-
Nida Xəbər 15:50
Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı: Beyninə qan sızıb... - FOTO
-
MDB15:34
“Brilyant əl”in ulduzu öldü - O, sovet dövrünün seks-simvolu sayılırdı
-
İqtisadi gündəm14:55
Bu sahələrdə çalışanlar daha çox maaş alır
-
Dünya14:30
Körfəzdə müdafiə rəqabəti: BƏƏ və Qətərin gözləri Türkiyə bazarında
-
İqtisadi gündəm14:00
Əhalinin gözlədiyi xəbər - Pensiyalar bu qədər artacaq
-
Elm və təhsil12:44
Bu xanımlara vəzifə verildi
-
Nida Xəbər 12:10
Dövlət Xidmətinin 3 əməkdaşı işdən çıxarıldı