MDB
Ali Məhkəmənin keçmiş hakimindən milyonlarla pul müsadirə edildi - FOTO
Rusiya Ali Məhkəməsinin keçmiş hakimi Viktor Momotov özündən və ortağı Andrey Marçenkodan 9 milyard rublun müsadirə edilməsi ilə bağlı çıxarılmış qərardan apelyasiya şikayəti verməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Agentliyin mənbəsi bildirib ki, "Momotov əmlakının müsadirə edilməsi qərarından və onu dövlət gəlirinə çevirməklə bağlı tədbirlərdən apelyasiya şikayəti verməmək qərarına gəlib".
Xatırladaq ki, bir müddət öncə o, Baş Prokurorluğun əmlakın müsadirə edilməsi ilə bağlı iddiasından sonra istefa vermişdi.
Rusiya Baş Prokurorluğu belə hesab edir ki, Momotov cinayətkar avtoritetlə birlikdə otel biznesi yaradıb və "Pokrovski" mütəşəkkil cinayətkar dəstəsi ilə əməkdaşlıq edib.
İddia olunur ki, keçmiş hakim ortağı Andrey Marçenko ilə birlikdə ölkənin müxtəlif bölgələrində yeni otellər üçün qanunu pozmaqla tikilmiş və ümumi dəyəri təxminən 9 milyard rubl olan daşınmaz əmlakları leqallaşdırıblar.
Bundan əlavə, Momotov və Marçenkonun vergilərdən yayınmaları və dövlətə təxminən 500 milyon rubl borclu olmaları da iddia edilir.
Tural
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur






































