Milyonçu
Qazaxıstanlı cütlük kazinodan 1,18 milyon dollar uddu, həbsə atıldılar
Qazaxıstandan olan cütlük dünya mediasının gündəminə gəlib.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, onlar Sidney kazinosunda gizli kamera və qulaqcıqlardan istifadə edərək 1,18 milyon Avstraliya dolları udub.
Qeyd edilib ki, Yeni Cənubi Uels polisi 36 yaşlı qadının və onun 44 yaşlı ərinin haqsız maliyyə qazancı ittihamı ilə həbs olunduğunu elan edib.
Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxslər qumar masalarını gizlicə qeydə almaq üçün köynəklərindəki "Mikki Maus" etiketində mini kamera gizlədiblər. Ötən həftə "Crown Casino" işçiləri qadının qanunsuz cihazdan istifadə etməsini seziblər. Bundan sonra onlar polisə zəng ediblər.
Polis belə hesab edir ki, cütlük qulaqlıqlar vasitəsilə ünsiyyət qurub və bu qulaqlıqlarla müxtəlif kart oyunlarına mərc qoymaq və nəticədə kazinodakıları aldatmaq barədə bir-birindən dəqiq təlimat alıblar.
Tural
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO













.jpg)




















