MDB
"Uşaq pulu" qayıdır?: İşləməyən analar üçün "valideyn maaşı" veriləcək
Rusiyada "valideyn maaşı" adlı maraqlı və yeni təkliflər ortaya çıxıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, Dövlət Dumasında işləməyən, uşaq böyüdən valideynlərə hər uşaq üçün yaşayış minimumuna bərabər aylıq "valideyn maaşı" verilməsi təklif edilir. Bu ideyanı "Ədalətli Rusiya" fraksiyasının lideri Sergey Mironov Analar Günündən əvvəl irəli sürüb.
Parlamentarinin sözlərinə görə, bu addım bir valideynə (adətən anaya) uşağın yetkinlik yaşına çatana qədər böyüdülməsi dövründə maliyyə dəstəyi verəcək. O, fraksiyanın artıq 2021-ci ildə oxşar ödənişlər haqqında qanun layihəsi təqdim etdiyini və onun tətbiqi üçün çalışdığını vurğulayıb. Mironov qeyd edib ki, ana əməyi təkcə ailə üçün deyil, həm də dövlət üçün vacibdir və bu əmək maddi cəhətdən mükafatlandırılmalıdır.
Deputat onu da əlavə edib ki, artıq bir sıra bölgələrdə Analar Günündə əsasən çoxuşaqlı qadınlara birdəfəlik ödənişlər təklif edilir. Bununla bağlı federal dəstək mexanizminin yaradılması da təklif edilib. O belə hesab edir ki, analara dəstək tədbirləri yalnız bayramla məhdudlaşmamalıdır.
Tural
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
















.jpg)





















