Dünya
Bu rəhbər şəxsin avtomobilinə rekord məbləğdə cərimə yazıldı: 33 dəfə radara düşüb
Oktyabrın 10-dan noyabrın 19-dək Başqırdıstan rəhbəri Radiy Xabirovun xidməti avtomobilinə 32 min rubl (təxminən 542 manat) cərimə yazılıb. Bu müddət ərzində onu 33 dəfə radara düşüb. Üstəlik, cəmi bir gündə - oktyabrın 29-da onun adına 14 min rubl (238 manat) cərimə yazılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, bu Ufada yunan-Roma güləşi üzrə Rusiya kuboku zamanı baş verib. Daha sonra Xabirovun “Mercedes” markalı avtomobili Ufa-Orenburq şossesi ilə saatda 140 kilometrdən çox sürətlə Rima Batalova Mərkəzinə tərəf gedib. Mənbə qeyd edir ki, bu, Xabirovun avtomobilinin ilk yüksək sürəti deyil. Bir sözlə, o, sürəti çox sevir.
Keçən ayın sonunda Xabirovun 16 yaşlı ögey oğlu sosial şəbəkələrdə Ufanın mərkəzində polisin "burnunun dibində" pit-velosiped sürməsi ilə öyünmüşdü.
"Mən dörd keçid məntəqəsindən keçdim, onların vəcinə deyildi", - deyə yazmışdı. Eyni zamanda, qanuna əsasən, pit-baykerlərə şəhərin mərkəzində deyil, yalnız meşə cığırlarında və xüsusi cığırlarda sürməyə icazə verilir.
Adəm Abbaslı

-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar
-
İqtisadi gündəm13:51Bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
-
Yaxın Şərq13:41İranın yeni ali rəhbəri sağ imiş - Rəsmən təsdiqləndi



































