Dünya
İsraildən qalmaqallı addım: Kipr yunanlarının üzərinə "Dəmir qübbə" çəkir
Kipr Rum rəhbərliyinin bir müddətdir istədiyi “Dəmir qübbə” hava hücumundan müdafiə sisteminin İsrailin göndərməyə başladığı iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə Yunan mətbuatı “Rum Sigma”da məlumatlar yer alıb.
İddialara görə, Yunanıstan İsraildən “Dəmir qübbə” tələb edir. Sözügedən “Dəmir qübbə” Kipr Rumlarının əsas hava hücumundan müdafiə sistemi olacaq.
Xəbərdə həmçinin Yunanıstanın müdafiə naziri Nikos Dendiasın “Dəmir qübbə” tələbləri ilə bağlı keçən ay Yunanıstan Parlamentinə etdiyi təqdimata da toxunulub.

Dendias bu müdafiə sisteminin 2-3 ilə tamamlanacağını, Kipr və Krit adaları da daxil olmaqla bütün Egeydə tək hava müdafiə çətiri yaradacaqlarını bildirib.
Qeyd edək ki, Yunanıstan lideri Nikos Hristodulidis oktyabrın 30-da Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşündə şərtlər imkan verərsə, NATO-ya üzv olmaq istədiklərini bəyan edib. Bu məqsədə uyğun olaraq o, ABŞ-dan orduya əvvəlcədən təlim keçməsini, hərbi texnika ilə təchiz edilməsini və bazalarının modernləşdirilməsini tələb edib.
Hristodulidis həmçinin NATO üzvlüyündən əvvəl Yunanıstan ordusunun NATO standartlarına çatmasını hədəflədiklərini açıqlayıb.
Roza
-
Ekologiya11:45Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
-
İdman11:34Hələ belə avtoqol olmamışdı - VİDEO
-
Dünya11:26Ticarət mərkəzindəki dəhşətli yanğında ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB
-
Hadisə10:12Şamaxı və Ağsuda zəlzələ oldu - YENİLƏNİB
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR





































