Dünya
Almaniyadan Türkiyə ilə bağlı ETİRAF: Gücləndi, birlikdə çalışmalıyıq
Almaniyanın əsas müxalif Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri Fridrix Merts Türkiyə ilə daha da güclü çalışmalı olduqlarını vurğulayıb.
Publika.az xəbər verir ki, Merts Almaniyanın RTL telekanalına Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə bağlı qiymətləndirmə edib.
O, Rusiyanın zəiflədiyini iddia edib: "Çünki Rusiya Suriyanı və oradakı rejimi qoruyan bir güc idi. Türkiyə isə gücləndi. Türkiyə indi bütün Yaxın Şərq bölgəsində daha da böyük rol oynayacaq. Bu halda təkcə almanlara deyil, avropalılara da yaxşı məsləhət olardı ki, biz indi bu bölgədə siyasi sülhün bərqərar olması üçün Türkiyə ilə daha güclü çalışmalıyıq. Bu, indi Almaniya və Avropa siyasətinin vəzifəsidir”.
Merts qeyd edib ki, indi Suriyada həqiqətən nə baş verdiyini və vətəndaş müharibəsinin bitib-bitmədiyini anlamaq üçün gözləmək lazımdır.
Roza
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...






.jpg)








.jpg)








.jpg)









