Dünya
Kərkükdən Şişani açıqlaması: “İŞİD hər an şəhərə daxil ola bilər” – ÖZƏL
Kərkükdən İŞİD-in çeçen lideri Ömər Əl-Şişaninin “Kərkük valisi” təyin edilməsinə reaksiya gəlib.
Kərkükdən olan türkman yazar Özdəmir Hürmüzlü
Publika.az-a açıqlamasında bu məsələni
araşdırdıqlarını bildirib: “Çox araşdırdıq, lakin buna dair konkret
məlumat yoxdur. Çünki Ömər Əl-Şişani İŞİD üçün yüksək səviyyəli
döyüşçüdür. Onun Kərkükə vali təyin olunması inandırıcı gəlmir. O,
ərəbcə bilmədiyi üçün Kərkükün valisi olması mümkünsüz
görünür”.
Lakin türkman yazar İŞİD-in Kərkükdə döyüşdən qaçan 10 üzvünü edam
etdiyi xəbərinin yayıldığını bildirib.
Ö. Hürmüzlü Kərkükdə vəziyyətin yaxşı olmadığını da deyib. Onun
sözlərinə görə, İŞİD hər an şəhərə daxil ola bilər: “Şəhərdəki
müdafiə qüvvələrinin döyüşmək gücü yoxdur. Dünən gecə Kərkükün kürd
səmti olan Şorca məhəlləsində bir kamikadze “kafe”də özünü havaya
uçurtdu. 50-ə yaxın ölü və yaralı var. Bundan başqa, şəhərin
cənubunda silahlı qarşıdurma yaşandı. Koalisiya gücləri Kərkükün
işğal edilməməsi üçün çoxlu hava hücumları edirlər”.
Qeyd edək ki, kürdlərin “Rudaw” saytının əldə etdiyi məlumatlara
görə, İŞİD terror qruplaşmasının liderlərindən olan “Çeçen” ləqəbli
Ömər Əl-Şişanini Kərkük bölgəsinə göndərib. Qeyd olunur ki,
Şişaninin Kərkükə göndərilməsinin səbəblərindən biri təşkilatda
“Kərkük valisi” adlanan şəxsin neft quyuları başda olmaqla
əhəmiyyətli bölgələri ala bilməməsidir.
Asif Nərimanlı
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO