Dünya
Türkiyə-Azərbaycan sərhədində ciddi nüvə təhdidi - AES dərhal bağlanmalıdır
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, o, "Əlican" sərhəd keçid məntəqəsinin açılmasını dəstəklədiklərini, lakin "Metsamor" Atom Elektrik Stansiyasının (AES) mövcudluğunun qəbuledilməz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, adıçəkilən stansiya Azərbaycan sərhədinə 16 kilometr məsafədə, Türkiyənin İğdır vilayətinin yaxınlığında və aktiv zəlzələ zonasında yerləşir:
"Bu, təhlükənin nə qədər yaxın olduğunu açıq şəkildə göstərir. 1976-cı il texnologiyası ilə tikilmiş və keçmişdə zədələnmiş, köhnəlmiş nüvə qurğusunun dəfələrlə zəlzələlərin baş verdiyi bir bölgədə fəaliyyətdə saxlanılması elmə, ağıla və insanlığa sığmır. "Metsamor" Türkiyə, Azərbaycan və bütün Qafqaz üçün ciddi nüvə təhdididir".
İSTAD sədri qeyd edib ki, "Əlican" sərhəd keçid məntəqəsi sülh və əməkdaşlığın simvolu ola bilər, lakin nüvə təhdidini görməzdən gəlməklə sülh qurula bilməz.
O hesab edir ki, "Metsamor" Atom Elektrik Stansiyası dərhal və birdəfəlik bağlanmalıdır: "Beynəlxalq ictimaiyyəti, ətraf mühit təşkilatlarını, elm adamlarını və bütün səlahiyyətliləri məsuliyyəti öz üzərlərinə götürməyə səsləyirəm. Radiasiyanın pasportu yoxdur".
Roza
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO




































