Rəsmi xronika
Bu şəxslər 1000 manat cərimə olunacaq
Azərbaycanda şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə cərimələr tətbiq ediləcək.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
Yenilənmiş Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









