ABŞ
ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 30-a çatdı - YENİLƏNDİ
ABŞ-ı bürüyən şiddətli qış fırtınası ən azı 30 nəfərin ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyinin məlumatına görə, ölənlər arasında Massaçusets və Ohayo ştatlarında qar təmizləyən maşınların vurduğu iki nəfər, Arkanzas və Texasda isə xizək sürərkən ölümcül yaralanan yeniyetmələr və Kanzas ştatının Emporia şəhərində basdırılmış cəsədi tapılan bir qadın var.
Nyu-York şəhər hakimiyyətinin məlumatına əsasən, təkcə ötən həftəsonu şəhər küçələrində 8 nəfərin cəsədi tapılıb.
***
ABŞ-da qar fırtınası səbəbilə ölənlərin sayı artıb.
Publika.az "New York Post" qəzetinə istinadən xəbər verir ki, qar fırtınası səbəbindən ən azı 26 nəfər ölüb.
Ölənlərdən ikisi yeniyetmədir.
Nəşr qeyd edir ki, Nyu-York şəhərində də ölənlər var. 60 yaşlı bir kişi kilsənin yaxınlığında qar kürəyən zaman ölüb. Pensilvaniyada isə 60-84 yaşları arasında üç nəfər qar kürəyərkən ölüb.
Ləman
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu













.webp)

.jpg)





















