Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
Bizi izləyin

Dünya

Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş

İsrailin baş naziri Benyamin Netanyahunun göstərişi ilə yaradılan Nagel Komitəsi Tel-Əviv rəhbərliyinə Türkiyə ilə mümkün müharibəyə hazır olmağı tövsiyə edib.

Publika.az xəbər verir ki, bununla bağlı “The Jerusalem Post” qəzeti məlumat paylaşıb.

Xəbərdə qeyd olunub ki, Nagel Komitəsinin hazırladığı hesabat ötən gün baş nazir Netanyahu, müdafiə naziri İsrael Katsa və maliyyə naziri Bezalel Smotriçə təqdim edilib.

Hesabatda Türkiyənin Osmanlı dövründəki təsirini bərpa etmək arzusu ilə hərəkət etdiyi və vəziyyətin İsraillə gərginliyin artmasına, ola bilsin münaqişəyə çevrilməsinə səbəb ola biləcəyi iddia edilib.

Həmçinin suriyalı müxalif qrupların Türkiyə ilə ittifaq yaradaraq İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yarada biləcəyi riskinin olduğu və Suriyadan gələn təhlükənin İran təhdidindən daha təhlükəli ola biləcəyi ehtimal edilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm