“Boko Haram”ın silahlıları prezident sarayına hücum etdi: 19 nəfər öldü - Yeniləndi
Bizi izləyin

Dünya

“Boko Haram”ın silahlıları prezident sarayına hücum etdi: 19 nəfər öldü - Yeniləndi

Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.

Publika.az xəbər verir ki, Çad ordusu hücumu dəf edib.

Şəhərin mərkəzinə gedən bütün yollar bağlanıb, tanklar və polislər sarayın mühafizəsini təşkil edir.

Şəhər sakinləri Çadın Prezidenti Mahamat İdriss Debi İtnoya dəstək nümayişi üçün küçələrə çıxıblar.

***

Naməlum silahlı şəxslər Çadın paytaxtı Ncamena şəhərində prezident sarayına hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətinə istinadən AFP məlumat yayıb.

Prezident sarayına hücum edənlərin “Boko Haram” terror təşkilatının silahlıları olduğu bildirilir.

Silahlı insident zamanı Çadın Prezidenti Mahamat İdriss Debi İtno iqamətgahda olub. Ordu rəsmiləri terrorçuların hücumunun dəf edildiyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm