Dünya
Çin sualtı qayıqları 50 ştatı hədəfə alıb - ABŞ qorxu içində
Çin Xalq Respublikasının hərbi-dəniz qüvvələri atom sualtı qayıqlarını uzun mənzilli “JL-2” ballistik raketləri ilə təchiz etməyə hazırlaşır.
Nəzərə almaq lazımdır ki, çinlilərin “Jin” tipli atom sualtı qayıqları ən son stels-texnologiyalar əsasında yaradılıb.
Publika.az “ Bloomberg” agentliyinə istinadən xəbər verir ki, çinlilərin hazırlığı Amerika Birləşmiş Ştatlarını təşvişə salıb və Konqresdə müzakirələrə səbəb olub.
Hazırda Çin hərbi-dəniz qüvvələrində “Jin” tipli 3 sualtı qayıq var. 2020-ci ilədək daha 2 belə qayıq istifadəyə veriləcək.
Hər sualtı qayıqda 12 “JL-2” ballistik raket var. Bu raketlərin 7400 kilometrdən hədəfi vurmaq qabiliyyətinə malikdir.
Demək, Çin bu raketlərlə öz sahilyanı ərazilərindən Alyaska ştatını asanlıqla vura bilər. Əgər qayıqlar Yapon arxipelaqının yanında mövqe tutsalar, onda Havay adaları və daha 50 ştat bu raketlərin birbaşa hədəfində olacaq.
Hələlik sualtı qayıqlar Cənubi-Çin dənizində təlim keçir. Amerikalı ekspertləri həyəcanlandıran isə odur ki, bu sualtı qayıqlar döyüş növbəsinə çıxarkən onların yerini müəyyən etmək mümkün olmayacaq.
İlqar
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri