Dünya
Rusiya Kursk vilayətində ələ keçirilən ərazilərin 63,2 faizini geri qaytarıb
Rusiya Ukrayna ordusunun Kursk vilayətində ələ keçirdiyi ərazilərin 63,2 faizini geri qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada bölgədə Rusiya və Ukrayna hərbi birləşmələri arasında qarşıdurmaların davam etdiyi qeyd edilib:
"Kursk vilayətində düşmən tərəfindən işğal edilmiş 1268 kvadrat kilometr ərazinin 63,2 faizi (801 kvadrat kilometr) azad edilib. Şimal Hərbi Qrupu hissələrinin hücumu nəticəsində yanvarın ilk iki həftəsində Aleksandriya, Leonidovo, Russkoye Poreçnoye və Kruqlenkoye qəsəbələri azad edildi. Ukrayna ordusu yanvarda Kursk vilayətində 5600-dən çox əsgər və 570-dən çox hərbi texnika itirib”.
Açıqlamada Ukrayna ordusunun 2024-cü il avqustun 6-dan bu yana Kursk vilayətində 52 min 450 əsgər, 304 tank, 231 piyada döyüş maşını, 173 zirehli transportyor və 1562 zirehli texnika itirdiyi bildirilib.
Roza
-
Hadisə23:10
Azərbaycanda baş verən dəhşətli partlayışda yaralananların SON DURUMU
-
Kriminal22:52
Arayikin məhkəmədə ŞOK İFADƏSİ - VİDEO/YENİLƏNDİ
-
Magazin122:50
Şadlıq sarayında Renkanı təhqir etdilər - VİDEO
-
Hadisə21:59
Azərbaycanda evdə partlayış oldu: 5 nəfər xəsarət aldı - FOTO/VİDEO
-
Elm və təhsil21:37
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA
-
Elm və təhsil21:15
İki məktəb direktoru vəzifəsindən azad edildi - FOTO
-
Kriminal21:09
Qarabağ separatçılarının cinayət işi: Zərərçəkənlərin sayı AÇIQLANDI
-
ABŞ20:25
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...