Rusiya ilə İran arasında Strateji Tərəfdaşlıq müqaviləsi imzalandı
Bizi izləyin

MDB

Rusiya ilə İran arasında Strateji Tərəfdaşlıq müqaviləsi imzalandı

Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başa çatıb.

Publika.az xəbər verir ki, iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanıb.

Müqavilə Moskva ilə Tehran arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması, onların strateji tərəfdaş statusunu təmin etmək məqsədi daşıyır. Həmçinin gələcək uzunmüddətli əməkdaşlıq üçün hüquqi baza yaradır.

Saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya da daxil olmaqla bir sıra sahələri əhatə edir.

Qeyd edək ki, yanvarın 17-də Pezeşkian iki ölkə arasında strateji tərəfdaşlıq sazişini imzalamaq üçün Moskvaya səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm