Atəşkəsdən sonra Netanyahudan qalmaqallı etiraf: Təminat aldıq ki...
Bizi izləyin

Dünya

Atəşkəsdən sonra Netanyahudan qalmaqallı etiraf: Təminat aldıq ki...

Xəbər verdiyimiz kimi, İsrail hökuməti HƏMAS ilə imzalanan atəşkəs razılaşmasını və girovların mübadiləsi üzrə sazişi təsdiqləyib.

Publika.az xəbər verir ki, atəşkəs sonrası İsrailin baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin iclasında diqqətçəkən açıqlamalar verib.

“Yediot Ahronot” qəzetinin yazdığına görə, nazir atəşkəs məsələsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı ABŞ prezidenti Co Baydendən təminat aldığını bildirib.

“Biz hər iki prezidentdən təminat almışıq ki, sazişin ikinci mərhələsi üzrə danışıqlar uğursuz olarsa və HƏMAS bizim təhlükəsizlik tələblərimizi qəbul etməsə, ABŞ-ın dəstəyi ilə gərgin döyüşlərə qayıdacayıq”, - deyə Netanyahu qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm