Sosial
Hökumənin atasının bank kartından pul oğurlayan şəxslər müəyyən edildi

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

-
Art06:16
Ceyran Rəhimova Afaq Bəşirqızı ilə bir arada - FOTO
-
Dünya05:45
Bu dənizdə 7,6 bal gücündə ZƏLZƏLƏ OLDU
-
Qoroskop03:13
Vanqanın SEÇDİYİ TƏK BÜRC - Unikal qabiliyyətə malikdirlər
-
Ekologiya01:41
Paytaxt yolları buz bağladı - FOTO
-
Magazin100:30
Zaur əsl yaşını açıqladı: 20 il cavan görünürmüş...
-
İKT00:15
Sosial medianın QORXULU FƏSADI - Vəziyyəti daha da pisləşdirir
-
Ekologiya8 Fevral 23:36
Bakıya qar yağır - FOTO/VİDEO
-
Magazin28 Fevral 22:36
"Çirkli rəqs" filminin ulduzu VƏFAT ETDİ