Dünya
ABŞ-dan Suriya ilə bağlı yeni addım: Kobanidə hərbi baza açılır
Bazar ertəsi ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayacaq Donald Tramp Suriyadan qoşunlarını çıxaracağını açıqlayıb. Lakin iddialara görə, ABŞ YPG-nin nəzarətində olan Kobanidə iki yeni hərbi baza açır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusuna yaxınlığı ilə tanınan “Military Times” və “The War Zone” nəşrləri yazıb.
İddialara görə, artıq baza üçün zəruri olan materiallar hər gün yük maşınları ilə daşınır.
ABŞ-ın həmçinin Suriyanın şimalında 4 əsas hava və 2 zirehli mexanikləşdirilmiş bazası var.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun paylaşdığı məlumata görə, ABŞ Suriyanın şimalındakı mövcud hərbi bazalarında da gücünü nəzərəçarpacaq dərəcədə artırır.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin məsələ ilə bağlı bildirib ki, ABŞ YPG-ni Suriya milli ordusuna inteqrasiya etmək və İŞİD düşərgələrini yeni Suriya hökumətinə təhvil vermək istəyir.
Roza
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO







.jpg)









.jpg)




.jpg)










