Türkiyədə dondurma ustası dünya rekordu qırdı - FOTO/VİDEO
Bizi izləyin

Region

Türkiyədə dondurma ustası dünya rekordu qırdı - FOTO/VİDEO

Ordudan olan türk dondurma ustası Cəlal Karaarslan adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

Publika.az "Haber 7"yə istinadla xəbər verir ki, o, 11 nəfərlik komandası ilə birlikdə 1301 növ dondurma hazırlayaraq dünya rekordu qırıb. 18 gün ərzində hazırlanan dondurma 125 metrlik stolun üzərində nümayiş etdirilib.

Hakim və Ginnesin Rekordlar Kitabının Türkiyədəki nümayəndəsi Şeyda Subaşı Cemici və komandası bütün növ dondurmaların lazımi yoxlanışını və dequstasiyasını həyata keçirib.

Dondurma ustasının dediyinə görə, o, öz ölkəsində rekord vurduğuna sevinib.

“Biz, 11 nəfərdən ibarət komanda, əslində, son 18 gün ərzində düşərgəyə getmişik və bunun üçün gecə-gündüz işləmişik”, - rekordçu deyib.

Rekord qeydə alındıqdan sonra bütün dondurmalar tamaşaçılara paylanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm